Sima Yaqubova mükafata layiq görülüb

Sima Yaqubova mükafata layiq görülüb

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin və Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova aktiv hüquq fəaliyyətinə görə qadınlar arasında "Global Woman Awards 2022" mükafatına layiq görülüb. 
 
Qeyd edək ki, Sima Yaqubova 2005-ci ildən Vəkillər Kollegiyasının üzvü olmaqla 17 illik vəkillik təcrübəsinə, ümumilikdə isə 21 illik hüquq təcrübəsinə malikdir. 
 
Bir sıra böyük hüquq layihələrində  uğurla yer almış, o cümlədən  Avropa İttifaqının və Avropa Şurasının Azərbaycan Hökuməti ilə birgə Əməkdaşlığı ilə həyata keçirilən “Şərq Tərəfdaşlığı” Proqramında “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Haqqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” üzrə vəkillər, prokurorluq orqanları əməkdaşları, praktik hüquqşünaslar üçün hüquq təlimçisi və milli ekspertidir. 
 
Bundan başqa, korporativ hüquq, əmək hüququ və antikorrupsiya İSO standartları mövzusunda uğurlu təlimçi olmaqla özəl şirkətlər və bir sıra dövlət orqanları ilə təlimçi qismində əməkdaşlıq etmişdir. 
 
Eyni zamanda Azərbaycanda ən böyük hüquq layihələrindən biri olan, Azərbaycan Hökuməti ilə  Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə hüquq layihəsi olan "Azərbaycan Hüquqları Konsorsiumu"nda baş hüquq kordinatoru olmuşdur. 
 
Bundan başqa, Sima Yaqubova 2016 və 2019-cu illərdə Azərbaycan Respublikasının (Azərbaycan Hökumətinin) Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın ve ya cəzanın qarşısının alınması üzrə Komitəsinə (İşgəncələrə Qarşı Komitə- CPT) üzvülüyə namizədi olmuşdur.
 Sima Yaqubova ictimai fəaliyyətdə aktiv vəkillərdən olmaqla 2020-ci ildə  Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Hüquq və Mən" verlişinin aparıcısı olmuşdur. 
 
Həmçinin mütəmadi olaraq hüquqla bağlı televiziya verlişlərində və mediada altiv iştirak etməklə izləyicilərin, medianın rəğbəti qazanmışdır.

BusinessTime