Şirvan 1 saylı Mediasiya Təşkilatı fəaliyyətə başlayır
Şirvan şəhəri üzrə Mediasiya Şurasının üzvü olan Şirvan 1 saylı mediasiya təşkilatı 10 dekabr 2024-cü il tarixindən etibarən rəsmi fəaliyyətə başlayacaq. Bu təşkilat “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə tam uyğunluq göstərmiş və Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə təşkilatlar reyestrinə daxil edilmişdir.
Şirvan, Hacıqabul və Kürdəmir rayonlarında yaşayan vətəndaşlar hüquqi mübahisələrinin həlli üçün Şirvan 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Təşkilat haqqında məlumat:
Ünvan: Şirvan şəhəri, Zülfü Hacıyev küçəsi, ev 10, mənzil 7
Email: [email protected]
Telefon: +994 55 614 86 04; +994 10 252 42 82
Bu yeni təşkilat bölgə sakinlərinin hüquqi problemlərinin həllində mühüm dəstək rolunu oynayacaq və effektiv vasitəçilik xidmətləri təklif edəcək.