“Siyasətimiz konservativ və ehtiyatlıdır”

“Siyasətimiz konservativ və ehtiyatlıdır”
“Dövlət Sosial Müdafiə Fondu artıq 1 milyard 475 milyon manata yaxın vəsaiti investisiya edib. İnvesitisiya siyasətləri olduqca konservativdir”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Bizim üçün ən əhəmiyyətli məsələ ictimai fondların vəsaitidir. Biz burada daha çox risklərin idarə olunmasına köklənmişik. Bu baxımdan dövlət qiymətli kağızların alışı, xüsusilə Maliyyə Nazirliyinin buraxdığı istiqrazların alışı, eləcə də Mərkəzi Bankın buraxdığı qiymətli kağızların alışına fokuslanmışıq. Burada da bazar və formalaşan faiz dərəcələri var. İstiqrazları fond birjasında və bazarın tələblərinə uyğun olaraq formalaşmış qiymət əsasında alınır. Faizlərin aşağı düşməsi digər riskli alətlərə müraciət üçün stimul olmayacaq. Siyasətimiz konservativ və ehtiyatlıdır. 
Əmək müqavilələrinin sayının artımı 90 % halda özəl sektorun payına düşür. Bu gün həmin artımlar iqtisiyyatın şəffaflaşdırılması, libellaşdırılması prosesləri bizə qabaqcıl beynəlxalq təcrübələrə uyğun yanaşmaların tətbiqini təmin etməyə imkan verir”, - deyə Anar Əliyev qeyd edib.  (Qafqazinfo)