Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun 2-ci Mayak kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
 
Çıxış edənlər  “Təbiətin mühafizəsi, sağlamlığımızın rəhnidir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Ölkəmizdə ətraf mühitin qorunması, ətraf mühitə göstərilən xüsusi diqqətdən, ölkə ərazisində yaşıllıqların qorunması haqqında  görüş iştirakçılara məlumat veriblər.
 
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  bildirib ki, ölkə ərazisində yaşıllıqların, təbiətin qorunması sahəsində görülən işlər, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024- cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təbiətə, ətraf mühitə göstərilən diqqət və qayğılardan biridir. Prezident cənab İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 4 iyun 2024-cü il tarixində təməli qoyulan  315 mkvt gücündə Neftçala Günəş elektrik stansiyası haqqında görüş iştirakçılarını geniş məlumatlandırıb.
 
Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.
 
Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar Asif Səlimov adına ümumi orta məktəbin optimallaşdırılması və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.