SOCAR, ANAMA və “Aztelekom” MMC – nin əməkdaşları üçün TƏLİM

SOCAR, ANAMA və “Aztelekom” MMC – nin əməkdaşları üçün

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

SOCAR, ANAMA və “Aztelekom” MMC – nin əməkdaşları üçün təşkil olunmuş növbəti təlimdə 30 nəfər iştirak edib.

Görüş zamanı əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisələr, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta mövzuları ilə bağlı təqdimatlar nümayiş olunub. Həmçinin əməyin mühafizəsi sahəsində qəbul edilmiş yeni dövlət standartı və bu standartların müəssisələrdə tətbiqi imkanları barədə iştirakçılara ətraflı məlumat verilib.

Bildirirk ki, təlimlərin keçirilməsinin əsas məqsədi işəgötürən və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiyin tələbləri, layiqli əməyin təmini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları və onların tətbiq sahələri barədə ətraflı məlumat vermək, həmçinin istehsalat qəzalarının qarşısının alınması və qabaqlayıcı tədbirlərin gücləndirilməsi üçün onların biliklərinin artırılmasından ibarətdir.

Qeyd edək ki, maarifləndirmə təlimlərinin cari ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.