Vüqar Qurbanov yeni direktor təyin etdi
![Vüqar Qurbanov yeni direktor təyin etdi](https://businesstime.az/uploads/images/2022/04/image_750x_626a9ac9d66c5.jpg)
Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov İradə Axundovanın səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun inkişafında müstəsna rol oynayacağına inandığını bildirib.
O, mövcud neqativ halların qısa zamanda aradan qaldırılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, İradə Axundova Dövlət Tibb Universitetinin ftiziatr ixtisası üzrə təhsil alıb.
Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Elmi katibi kimi fəaliyyət göstərib.
Dəfələrlə xarici ölkələrdə ağciyər xəstəlikləri ilə bağlı keçirilən seminar və konfranslarda ölkəmizi təmsil edib.
BusinessTime