SOCAR-ın Rumıniyada yeni yanacaqdoldurma məntəqəsi
SOCAR Rumıniyada yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Bu məntəqə Rumıniyada “SOCAR” brendi altında sayca 74-cü,
Konstantsa şəhərində isə ilkdir.
On altı il əvvəl Rumıniyada hüquqi şəxs kimi qeydiyyatdan keçən SOCAR-ın törəmə şirkəti SOCAR Petroleum S.A. artıq 74 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir. Qısa müddət ərzində SOCAR Rumıniyada illik dövriyyəsi 500 milyon avrodan çox olan regional treyderə çevrilib, ölkənin enerji bazarına 70 milyon avro həcmində sərmayə yatırıb. Həmçinin dövlət büdcəsinə 100 milyon avrodan çox vergi ödəyib. Özündə 750-dən çox əməkdaşı birləşdirir.
Qeyd edək ki, hazırda SOCAR Petroleum S.A. Rumıniyanın 28 regionunda “SOCAR” brendli yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir.