Şükürbəyliyə 45 ailə köçür

Şükürbəyliyə 45 ailə köçür

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu gün Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti karvanları yola salınıb.

Şükürbəyliyə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülüb.