Tağı İbrahimovun məhkəməsi başladı

Tağı İbrahimovun məhkəməsi başladı

Binəqədi rayonunda “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin vəkilləri işlə tam tanış olmadığı üçün hazırlıq prosesi təxirə salınıb.

Məhkmənin növbəti iclası sentyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, Tağı İbrahimova qarşı Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham irəli sürülüb.