“Azərsu”: Tarif Şurasına müraciət edilməyib

“Azərsu”: Tarif Şurasına müraciət edilməyib

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.

“Azərsu”dan  bildirilib ki, hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 30 yanvar tarixli qərarı ilə tənzimlənir.