Ukraynadan taxıl tədarükü məsələsi müzakirə olunacaq

Ukraynadan taxıl tədarükü məsələsi müzakirə olunacaq

Türkiyə, Rusiya, Ukrayna və BMT-nin nümayəndə heyətləri Ankarada bir araya gələcək.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Dördtərəfli görüşdə Ukraynadan taxıl tədarükü məsələsi müzakirə olunacaq.

Xatırladaq ki, eyni məsələ Rusiya və Türkiyə hərbi heyətlərinin Moskvada keçirilmiş görüşündə də müzakirə olunub.