Qusar DAİM əməkdaşları təltif olunub

Qusar DAİM əməkdaşları təltif olunub

Bu gün Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) "2023-cü ilin yekunları, 2024-cü ildə qarşıda duran vəzifələr" mövzusunda iclas keçirilmişdir.

Bu barədə Qusar DAİM direktoru Rauf Minhacov məlumat verib.

Qeyd olunub ki, iclasın sonunda Mərkəzin işində göstərdiyi peşəkar və səmərəli fəaliyyətinə görə bir qrup əməkdaş fəxri fərman, təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olundular.