Təhsil Nazirliyi 1,5 milyon manatlıq tenderə yekun vurub
![Təhsil Nazirliyi 1,5 milyon manatlıq tenderə yekun vurub](https://businesstime.az/uploads/images/2022/08/image_750x_63070cb76e83e.jpg)
Təhsil Nazirliyi 2022-2023-cü tədris ilinə peşə təhsili pilləsi üçün dərsliklərin istehsalı ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
BusinessTime.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalib “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-dir.
Qalib şirkətə 1,485 milyon manat ödəniləcək.