"Telegram"da süni intellektli YENİ FUNKSİYA
"Telegram" istifadəçiləri kanallarda uzun mətnlərin qısa xülasələrini əldə edə bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə mesencerin səhifəsində məlumat yayılıb.
Məlumata görə, bu xüsusiyyət istifadəçilərə uzun postlara baxarkən məzmunun qısaldılmış versiyasına keçməyə imkan verir.
Süni intellekt tərəfindən yaradılan xülasə sürətli baxış rejimində açılan məqalələrin yuxarı hissəsində göstərilir.
Bu funksiya ödənişli "Telegram" abunəliyi olanlar üçün əlçatandır.

