Ölkədə toxumluq sahələrə baxış keçirilir

Ölkədə toxumluq sahələrə baxış keçirilir

Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən əkin sahələrinə nəzarət tədbirləri həyata keçirilir.

Növbəti nəzarət tədbiri Şabran rayonunda həyata keçirilib.

Belə ki, Şabran rayonunda Dövlət Toxum Fondu tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilib, fermer və təsərrüfat sahibləri ilə söhbətlər aparılıb. Aqrotexniki qulluqlarla bağlı Dövlət Toxum Fondunun mütəxəssisləri tərəfindən maarifləndirici məlumatlar verilib. Bildirilib ki, toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır.

Təsərrüfat sahibi Qəşəm Həsənovun sözlərinə görə, təbiət hadisələrindən asılı olaraq yüksək məhsuldarlıq və keyfiyyətli məhsul əldə etmək üçün bütün tədbirləri vaxtında göstərilən qaydalara uyğun olaraq tətbiq edilib. Bu il hər hektardan 50-55 sentner məhsul əldə ediləcəyi gözlənilir.

Qeyd edək ki, ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəmizə 340 ton elit buğda toxumu idxal olunub. Fermer və təssərüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib. Ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə və yüksək reproduksiyalı toxumlara olan tələbatı nəzərə alaraq, toxumçuluq üçün nəzərdə tutulan elit toxumlarının gətirilməsi Dövlət Toxum Fondu tərəfindən davam etdiriləcək.

BusinessTime