Travmatologiya şöbəsində uğurlu əməliyyat icra edilib

Travmatologiya şöbəsində uğurlu əməliyyat icra edilib

16 yaşlı pasiyent (kişi cinsli) qol güləşi sırasında həddindən artıq verilən gücə bağlı bazu sümüyünün aşağı ucunun içəri epikondilusunun sınığı şikayətilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib.

Pasiyent uzman həkim-ortoped-travmatoloq Ziya Şəmmədli tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib və cərrahi əməliyyat tövsiyə olunub. Xəstə yanaşı olaraq Talassemiya major xəstəliyindən əziyyət çəkir.

Talassemiya major xəstəliyinə bağlı müntəzəm olaraq qan köçürülmə ehtiyacı yaranır və bu xəstələrdə digər sistemik problemlərə tez-tez rast gəlinir. Baş verəbiləcək fəsadların qarşısını almaq üçün əməliyyatdan öncə xəstəyə klinikamızın pediatr, hematoloq, kardioloq, endokrinoloq və anesteziyoloqlarının multidisipliner yanaşması ilə müayinələrdən keçirildi.

Xəstə uzman həkim Ziya Şəmmədli tərəfindən açıq redüksiya internal fiksasiya və ulnar sinirin transpozisiyası cərrahi əməliyyatı olunub.

Perop qanköçürmə ehtiyacı qarşılandı.

Əməliyatdan sonrakı məsləhətlər verilərək xəstə evə buraxıldı.

Pasiyentin ailəsi oğullarına göstərilən diqqət və qayğıya görə xəstəxananın rəhbərliyinə, Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli, həkim-cərrah Ziya Şəmmədli və xəstəxananın əməkdaşlarına təşəkkürünü bildirib.