“Trendyol” “Paşa Qrup”la birlikdə xeyriyyə kursları təşkil edib

"Rəqəmsal iqtisadiyyat qurmaq üçün kiçik və orta sahibkarlıq müəssisələri ilə işləyirik".
BusinessTime” xəbər verir ki, bunu Bakıda keçirilən “InMerge” İnnovasiya Sammitində çıxış edən "Trendyol"un Baş İcraçı direktoru Erdem İnan bildirib.
E.İnanın sözlərinə görə, nəticədə ən iri ekosistemi yartmağa nail olunub:
“Bu prosesə 5000 influnseri də cəlb etmişik.
Biz “Paşa Qrup”la birlikdə xüsusi fond yaratdıq və 120 gəncə robotika və kod yazmağı öyrətdik ki, onlar innovasiya və rəqəmsallaşma proseslərindən geri qalmasın. Eyni zamanda biz bir müddət əvvəl inkluziv kafeni açdıq, hansı ki orada autizmli 6 gənc müştərilərə xidmət göstərir”.