“Azərpoçt”un Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verildi
“Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, bununla da bank lisenziyası almış poçt filiallarının sayı 38-ə çatıb.
Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır. Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib.