Türk Mədəniyyəti və İrsi Fondu AÇIQLAMA YAYDI

Türk Mədəniyyəti və İrsi Fondu

Türk Mədəniyyəti və İrsi Fondu bəzi yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

BusinessTime xəbər verir ki, Fondun yaydığı açıqlamada deyilir:

"Türk Mədəniyyəti və İrsi Fondu olaraq ictimaiyyatın diqqətinə çatdırmaq istərdik ki, cənab İan Peart-ın və təşviqi ilə istənilən şəxsin Təşkilatımız barəsində yaydığı fikir və iddialar əsassız və həqiqətə uyğun deyil.

Belə ki, onun iddia etdiyi kimi göstərdiyi xidmətlər barəsində təşkilatımız ilə onun arasında hər hansı əqd və ya anlaşma imzalanmamışdır və onun qarşısında Təşkilatımızın hər hansı hüquqi öhdəliyi mövcud deyildir.

Qətiyyətlə bəyan edirik ki, Təşkilatımız istənilən hüquqi və fiziki şəxslər qarşısında öz üzərinə götürdüyü bütün müqavilə öhdəliklərini vaxtında və tam icra edib, icra edir və icra edəcəkdir.

Yuxarıda qeyd edilənləri diqqətə alaraq media qurumlarını Türk Dünyasının Beynəlxalq Təşkilatı olan Türk Mədəniyyəti və İrsi Fondu baərsində hər hansı məsələnin mahiyyətini tam araşdırmadan və əsası olmayan iddiaları öz səhifələrində yayımlamamağa çağırırıq.

Hər hansı şəxs tərəfindən Təşkilatımızın nüfuz və imicinə mənfi təsir göstərəcək və Təşkilatımza zərər vuracaq əsassız və həqiqətə uyğun olmayan iddiaları irəli sürmək və yayımlamağın qarşısını almaq istiqamətində mümkün bütün hüquqi addımların atılacağını bəyan edirik".