“Utair” Moskvadan Gəncəyə uçuşları gündəlik edib

Utair

“Utair” Moskvadan Gəncəyə uçuşları gündəlik edib

Bu gündən Rusiyanın “Utair” aviaşirkəti Moskvadan ("Vnukovo" beynəlxalq hava limanından) Gəncəyə uçuşları gündəlik edib.

Bunu “Utair”in prezidenti Oleq Semyonov bildirib.

Onun sözlərinə görə, aviaşirkət beynəlxalq uçuş proqramını genişləndirməyə davam edir: “Bu mövsüm Surqut və Tümendən Bakıya uçuşların sayı artıq artırılıb. Bu gündən isə Moskvadan Azərbaycanın 2-ci ən çox məskunlaşmış şəhəri olan Gəncəyə gündəlik reyslər həyata keçirməyə başlayırıq”.

Hazırda "Utair" Qroznı-Bakı, Moskva-Bakı, Samara-Bakı, Sankt-Peterburq-Bakı, Surqut-Bakı, Tümen-Bakı, Ufa-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətində də reyslər yerinə yetirir.