Vergi borcu olan şirkət nazirliyin tenderini uddu

Vergi borcu olan şirkət nazirliyin tenderini uddu

Ədliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Penitensiar Xidmət əsaslı və cari təmir işlərinə başlayacaq.

Qurum işin icrası üçün "UĞUR TİKİNTİ"MMC ilə razılıq əldə edib və şirkətə 376 min 228 manat ödəniş edəcək.

Qeyd edək ki, "UĞUR TİKİNTİ" MMC-nin qanuni təmsilçisi Elvin Yusifov Füzuli oğludur. Şirkətin nizamnamə kapitalı isə 10 manat təşkil edir.

Bundan başqa, Dövlət Vergi Xidmətinin açıq məlumatlarına əsasən, şirkətin dövlət büdcəsinə 11 min 65 manat vergi borcu mövcuddur. 

Xatırladaq ki, qanunvericiliyə görə, vergi borcu olan şirkətin dövlət satınalmalarında iştirakı yolverilməzdir. (plat.az)