Vikipediya cərimə edilib

Vikipediya cərimə edilib

Vikipediya 800 min rubl məbləğində cərimələnib.

BusinessTime Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Moskvanın Taqanski Rayon Məhkəməsi qərar qəbul edib.

Məlumata görə, Moskvanın Taqanski Rayon Məhkəməsi Wikipedia onlayn ensiklopediyasının infrastrukturunu təmin edən Wikimedia Fondunu qadağan olunmuş videonu silmədiyinə görə 800 min rubl məbləğində cərimələyib.

"Vikimedia Fondu Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə əsasən inzibati xəta törətməkdə təqsirli bilinib", Qurum 800 min rubl cərimə ödəməyə məcbur edilib.

Orxan Kərimov