Yaponiya polisi 60 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxsi saxlayıb

Yaponiya polisi 60 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxsi saxlayıb

Yaponiyanın Hyoqo əyalətində polis təhlükəsizlik kəmərindən istifadə etməyən 82 yaşlı sürücü Toşiyuki İsibasini saxlayıb.

BusinessTime Yaponiyanın “Sankei” qəzetinə istinadən xəbər verir ki, sürücünü avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi ortaya çıxıb.

İsibasi deyib ki, 20 yaşında olarkən sürücülük vəsiqəsini itirib və o vaxtdan sonra vəsiqənin yenilənməsi üçün heç bir quruma müraciət etməyib.