Volkswagen ID.Era 8X krossoveri premyeraya hazırlaşır: interyeri nümayiş etdirilib
Volkswagen şirkəti yeni ID.Era 8X krossoverinin interyerini ilk dəfə nümayiş etdirib. Modelin tam təqdimatının bu həftənin sonunda keçirilməsi planlaşdırılır. Yeni SUV üçün əsas və ilk bazar Çin olacaq.
ID.Era 8X ilk dəfə iyun ayında Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumat bazasında görüntülənib. Daha sonra Volkswagen avtomobilin eksteryerini rəsmi görüntülərlə nümayiş etdirib. İndi isə şirkət interyerin ilk fotolarını yayımlayıb.
Yeni krossover əslində Volkswagen ID.Era 9X modelinin daha qısa kuzalı və beşyerlik versiyasıdır. ID.Era 9X isə yalnız altıyerlik salonla təklif olunur. 8X-in interyerində müasir rəqəmsal ekranlar, geniş mərkəzi konsol və premium səviyyəli materiallardan istifadə diqqət çəkir.


