Onminlərlə "Lada" avtomobilində qüsur tapıldı

Rusiya bazarında "Lada" brendinin rəsmi istehsalçısı olan "AvtoVAZ" 2021-ci ilin oktyabrından 2023-cü ilin avqustuna qədər satılan 22 mindən çox "Lada Vesta" və 24 mindən çox "Lada Largus" avtomobilini geri çağırdığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Rosstandart" məlumat yayıb.
"Geriçağırma 2021-ci ilin oktyabrından 2023-cü ilin avqustunadək 22 731 VIN kodlu "Lada Vesta" və 24 408 VIN kodlu "Lada Largus" avtomobilinə aiddir. Avtomobillərin geri çağırılmasına səbəb fövqəladə hallara reaksiya sistemi (SVEOS) üçün idarəetmə blokunun olmamasıdır", - şirkətin məlumatında deyilir.