“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsində kəskin azalma – 8 dəfəyə yaxın geriləyib
Bu ilin yanvar-avqust aylarında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 240.39 milyon manat təşkil edib.
BusinessTime bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Ötən ilin eyni dövrlərində investisiya şirkətinin dövriyyəsi 1 milyard 854 milyon manat olub ki, bu da illik müqayisədə 7.7 dəfə azalma deməkdir.
Bu dövrdə investisiya şirkətinin korporativ istiqrazlar üzrə dövriyyə 13 milyon 243 min manat, repo əməliyyatları üzrə dövriyyə 227 milyon 147 min manat təşkil edib. Əməliyyat sayı isə 149 olub. (Banker.az)


