“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı iclas keçiriləcək

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı iclas keçiriləcək

Energetika naziri Pərviz Şahbazov rumıniyalı həmkarı Sebastian-İoan Burdujanın dəvəti ilə bu ölkəyə səfər edib.

Nazirlikdən bildirilib ki, energetika naziri və rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 3-də paytaxt Buxarest şəhərində keçiriləcək “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 8-ci iclasında iştirak edəcək.