"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" cərimələnə bilər

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə cərimə protokolu yazılıb.

ASC barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

E-huquq.az