Xilaskar həkim Nağıyeva Rəna - Onu TANIYAQ

Xilaskar həkim Nağıyeva Rəna - Onu TANIYAQ

Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, yaşama ümidlərini artırmaq, xoş bir sözlə könüllərini ovutmaq... Düzgün müayinə edib, düzgün diaqnoz qoymaq isə hər həkimin işi deyil və bunu yaxşı bilən həkimlərin qapısı isə hər zaman döyülür.

Nağıyeva Rəna həkim də sözügedən möcüzəli əllərə sahib doktorlarımızdandır. O, həmçinin davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi ilə özünə böyük hörmət qazanan təcrübəli tibb işçisidir.

Nağıyeva Rəna Ələkbər qızı 10.12.1985 ci ildə Bakı şəhərində anadan olub. 2009- cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2009-2010-cu illərdə Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində həkim interna vəzifəsində çalışıb. 2012-2013- cü illər ərzində Türkiyənin Erciyes Universiteti Tibb Fakültəsində 6 ay Ultrasəs müayinə kursu, 6 ay isə Daxili Xəstəliklər terapiya ixtisası üzrə kurslar keçib. 2014-2021-ci illər ərzində Laçın Rayonu Mərkəzi Xəstəxanasında həkim terapevt vəzifəsində çalışıb. Bakı şəhərində yerləşən bir çox özəl tibb mərkəzlərində həkim-terapevt vəzifəsində çalışıb. Meqapol Sağlamlıq Mərkəzində baş həkim vəzifəsində çalışıb. 19.08.2021-ci ildən indiyədək akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinika şöbəsində həkim-terapevt vəzifəsində çalışıb.

Həmçinin bunu da qeyd edək ki, doktor Rəna Nağıyeva həm də araşdırmaçı həkimdir. İllərlə, aylarla yalnış diaqnozlarla səhv müalicə olunan pasientlərin düzgün diaqnozunu qoyaraq, yüksək səviyyədə müalicə işlərini aparır. Ölkənin ən qabaqcıl uzman həkimləri ilə yüksək səviyyədə əməkdaşlıq və daim fikir mübadiləsi edir. Bu şərəfli və çətin iş yolunda həkimə bol şans və uğurlar arzu edirik. Sizə üz tutan bütün xəstələrin şəfa ilə geri dönməsi ümidi ilə...