Xocavənddə elektrik şəbəkələri 7,4 milyona yenilənəcək
“Azərişıq” satınalma müsabiqəsi elan edib.
Valyuta.az xəbər verir ki, tender Xocavənd rayonu Güneyxırman, Quzeyxırman, Güneyçartar, Xanoba və Kiş yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin 35 və 0,4 kV-luq ÖİN şəbəkəsi ilə tam yenidən qurularaq elektrik enerjisinin satınalınması ilə bağlıdır.
Satınalmanın ehtimal olunan dəyəri 7 401 384,29 manatdır.
Tender 4 iyun tarixinədək davam edəcək.


