Xocavənddə evlərin təmirinə 8,2 milyon ayrıldı

Xocavənddə evlərin təmirinə 8,2 milyon ayrıldı

Xocavənd şəhərində, rayonun Cütcü və Kiş kəndində fərdi yaşayış evlərinin təmiri işlərinə başlanılır.

Bu barədə İqtisadiyyat.az Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Məlumata görə, Cütcüdə ümumilikdə 6732m2 sahəyə malik 40 evdə təmir işlərinin aparılması nəzərdə tutulub. Qurum təmir işlərini “Araz İnşaatçı” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, 40 evdə təmir işləri 2 milyon 350 min manata başa gələcək.

Kiş kəndində isə ümumilikdə 8415 m2 sahəyə malik 50 fərdi yaşayış evinin təmiri işlərinin icrası 2 milyon 940 min manata başa gələcək. Qurum bununla bağlı “Qarabağ Enerji Təchizat” şirkəti ilə müqavilə bağlayıb

İdarəetmə Xidməti Xocavənd şəhərində isə ümumilikdə 8415 m2 malik 50 fərdi yaşayış evinin təmir işlərinə görə “Platin - M” şirkəti ilə 2 milyon 929 min manatlıq müqavilə bağlayıb.