Xolesterini dərmansız normallaşdırın

Xolesterini dərmansız normallaşdırın

Xolesterin səviyyəsini dərmansız normallaşdırmağın ən effektiv üsullarından biri qidalanma rejimini dəyişməkdir.

Axşam.az-ın xarici mətbuata istinadən xəbər verir ki, həkimlər yağlı ət, kolbasa məmulatları, şirniyyatlar və fastfud məhsulları əvəzinə balıq, qoz-fındıq, bitki yağları (məhdud miqdarda) və paxlalı bitkilərə üstünlük verməyi məsləhət görürlər.

Mütəxəssislər bildiriblər ki, digər vacib məqam kifayət qədər həll olunan liflərin qəbuludur. Yulaf, tərəvəz və meyvələrdə olan bitki mənşəli liflər bağırsaqlarda xolesterinin sorulmasını azaldır və bununla da onun səviyyəsinin normallaşmasına kömək edir.