“Yapı Kredi Bank Azərbaycan”ın mənfəəti 38% azalıb
“Yapı Kredi Bank Azərbaycan” bu ilin ilk üç ayını 1 milyon 418,30 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 2 milyon 280,81 min manatla müqayisədə 862,51 min manat və ya 37,82% azdır.
2026-cı il martın 31-nə bankın aktivləri 789 milyon 112,59 min manat olub. Bu, 2025-ci ilin eyni dövründəki 560 milyon 82,90 min manatla müqayisədə 229,03 milyon manat və ya 40,89% çoxdur.
Aktivlərin 487 milyon 787,29 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Bu göstərici 2025-ci ildəki 320 milyon 602,52 min manatla müqayisədə 167 milyon 184,77 min manat və ya 52,15% çoxdur.
Eyni dövrdə bankın öhdəlikləri də artaraq 663 milyon 199,96 min manata çatıb. Bu isə illik müqayisədə 215 milyon 789,06 min manat və ya 48,23% artım deməkdir. Öhdəliklərin 503 milyon 225,49 min manatı depozit portfelinin payına düşür.
Hesabat dövründə bankın faiz gəlirləri 15 milyon 690,93 min manat olub ki, bu da illik müqayisədə 4 milyon 153,3 min manat və ya 36% artım deməkdir.
Faiz xərcləri isə daha sürətlə artaraq 5 milyon 589,27 min manata yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 576,85 min manat çoxdur.
Bununla yanaşı, qeyri-faiz xərcləri də artaraq 12 milyon 547,25 min manata çatıb. Bu isə illik müqayisədə 956,68 min manat və ya 8,25% artım deməkdir.

