Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı AÇIQLANIB

Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı

Azərbaycanda 2024-cü ilin iyun ayında yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı 270 nəfər təşkil edib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, onların 36 nəfəri kişi, 234 nəfəri isə qadındır.