Yelena Sidorenkonun bağ evindən oğurluq edənlər saxlanıldılar
Avqustun 25-də Sabunçu rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
"BusinessTime" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən ümumilikdə 1 650 manat dəyərində məişət əşyalarının oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar - 43 yaşlı Xəqani Əliyev və 38 yaşlı İlham Paşayev saxlanılıblar.
Xəqani Əliyevin eyni əmələ görə axtarışda olması, həmçinin oğurluğun taksi sürücüsü olan İlham Paşayev tərəfindən planlaşdırılması və həmin əşyaların daşınmasını təmin etməsi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, oğurluq əməlinin törədildiyi ev jurnalist Yelena Sidorenkoya məxsus olub.