Yeni Papa seçildi

Çikaqoda doğulmuş Kardinal Robert Francis Prevost, konklavın ikinci günündə Sistina Kapellasında kilidlənmiş 133 kardinal tərəfindən 267-ci Papa kimi seçildi.

"BusinessTime" xəbər verir ki, yeni Papa Leo XIV adını götürüb və bu, tarixdə ilk amerikalı Papa olacaq.

Onun sələfi Papa Fransisk (doğum adı Jorge Maria Bergoglio), onu seçən kardinal kollegiyasının 80%-ni özü təyin etmişdi.

Bergoglionun təyin etdiyi kardinaların çoxu əvvəlkilərə nisbətən daha gənc, irqi və coğrafi baxımdan daha müxtəlifdir və görünür ki, bir çoxu onun özündən daha mütərəqqi fikirlərə sahibdir.

Yerli vaxtla saat 18:15 radələrində Roma şəhərində Sistina Kapellasından ağ tüstü qalxdı – bu, yeni papaya səsvermənin başa çatdığını və seçimin edildiyini bildirir.

Yeni Papaya seçilmək üçün 133 kardinalın 89%-nin səsini qazanmaq lazım idi. Ənənəyə görə, nəticə açıqlandıqda, müqəddəs Pyotr Bazilikasının eyvanına yüksək rütbəli bir kardinal çıxaraq latınca “Habemus papam!” (“Papamız var!”) sözlərini səsləndirir.

Daha sonra yeni Papaya qədər olan doğum adı və seçdiyi Papalıq adı elan olunur. Yeni Papa da ilk dəfə xalqa müraciət edir.

Qeyd edək ki, Papa Fransisk 21 aprel tarixində 88 yaşında vəfat etmişdi. O, Katolik Kilsəsinin ilk Latın Amerikalı rəhbəri olmuş və 12 illik fəaliyyətində institutu daha inklüziv etməyə çalışmışdı.