Zeynab Kazımova Agentliyin fəaliyyəti ilə bağlı məlumat verib

Zeynab Kazımova Agentliyin fəaliyyəti ilə bağlı məlumat verib

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Mətbuat sektorunun müdiri Zeynab Kazımova Azərbaycan Radiosunun (“Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti) efirində yayımlanan “Hüququmuz var” adlı sosial məzmunlu maarifləndirici proqramın canlı yayımında iştirak edib.

Zeynab Kazımova Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq verilən sualları cavablandırıb. 

Canlı efirdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) müvafiq strukturlarının nümayəndələri də iştirak ediblər.