Zeytun" aptekdə dərman qiymətindən baha satılıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən "Zeytun Pharmaceuticals" MMC barəsində inzibati xəta protokolu tərtib edilib.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha qiymətə satıb.
Qeyd olunan fakt "Dərman vasitələri haqqında" Qanunun 4.7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

