11 ay ərzində 20 mindən çox müraciəti araşdırılıb
2025-ci ilin 11 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 20 297 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb.
Bununla yanaşı, Xidmət tərəfindən 19 799 sorğu və məktuba baxılıb. Həmçinin Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 15 014 vətəndaş fərdi qaydada qəbul edilib.
Daxil olan müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və digər sahələrlə bağlı olub. Hər bir müraciət qanunvericiliyin tələbləri əsasında cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar verilib.

