171 nömrəli marşrut fəaliyyətini dayandırır
Sabahdan paytaxtın 171 nömrəli avtobus marşrutu fəaliyyətini dayandırır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, həmin xətt üzrə (Bilgəh qəsəbəsi - “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi) 150 nömrəli marşrut istifadədə olacaq.
Qeyd olunub ki, 150 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Sözügedən marşrut üzrə sərnişindaşıma müasir və komfortlu avtobuslarla, nağdsız ödəniş əsasında həyata keçiriləcək.