2026-cı il üçün ehtiyac meyarının həddi müəyyən ediləcək

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyən ediləcək

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyən ediləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Qanunun icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetini məlumatlandırmalıdır.