4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

2024-cü ildə sertifikasiya imtahanının test mərhələsində keçid balını toplaya bilmədiyi üçün təkrar sertifikatlaşdırmaya cəlb edilən 7300 müəllimin 3400-ü uğur qazanıb.

Bu məlumat Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair  hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməyən, həmçinin imtahanda iştirak etməyən 4 minədək müəllimlə bağlanılmış əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib.