AZAL 29 faiz endirim elan edib

AZAL 29 faiz endirim elan edib

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) sentyabrın 29-da ölkədə qeyd olunan Turizm İşçiləri Günü münasibətilə yeni aksiyaya start verir.

AZAL-dan bildirilib ki, yalnız sentyabrın 29-da aviabilet alan hər bir sərnişin AZAL aviaşirkətinin bütün istiqamətlərində 29 faiz endirimdən yararlana biləcək.

Aksiya çərçivəsində biletləri 29 sentyabr - 28 oktyabr tarixləri üçün əldə etmək olar.

Aviabiletləri AZAL-ın kassalarından və “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Qeyd edək ki, aksiya “Azərbaycan Hava Yolları”nın çarter və kod-şerinq reyslərinə şamil edilmir.