Azərbaycan və İran neft-qaz əməkdaşlığı sazişinin çərçivəsini razılaşdırıb
İranın neft naziri vəzifəsini icra edən Həmid Bovərdin sözlərinə görə, sazişin icrası ilə bağlı bəzi texniki məsələləri Azərbaycan tərəfi həll etməlidir.
Azərbaycan və İran neft-qaz sahəsində əməkdaşlıq sazişinin ümumi çərçivəsini razılaşdırıb. Bu barədə BusinessTime "Mehr"ə istinadən xəbər verir.
İranın neft naziri vəzifəsini icra edən Həmid Bovərd bazar ertəsi üçüncü "Omid Media Cup" tədbiri çərçivəsində bildirib ki, Tehran və Bakı neft-qaz əməkdaşlığının genişləndirilməsini müzakirə edib. Tərəflər danışıqlar nəticəsində ümumi razılığa gəliblər.
Bovərdin sözlərinə görə, sazişin icrası ilə bağlı hələ də bəzi texniki məsələlər qalır. Həmin məsələləri Azərbaycan tərəfi həll etməlidir.
İran rəsmisi ölkəsində benzinin qiyməti ilə bağlı məsələyə də toxunub. O bildirib ki, qiymət dəyişikliyi Neft Nazirliyinin gündəliyində deyil və nəzərdən keçirilmir.


