"NVIDIA"nın rəhbəri Jensen Huanq istefa verib, müvəqqəti rəhbər təyin olunub
"NVIDIA"nın baş direktoru Jensen Huanq istefa verib. Şirkətin maliyyə direktoru Kolet Kress daimi rəhbər seçilənədək bu vəzifəni icra edəcək.
"NVIDIA"nın baş direktoru Jensen Huanq noyabrın 12-də dərhal qüvvəyə minən qərarla istefa verib. Bu barədə BusinessTime "CNBC-TV18"ə istinadən xəbər verir.
Şirkətin direktorlar şurası icraçı vitse-prezident və maliyyə direktoru Kolet Kressi müvəqqəti baş direktor təyin edib. O, daimi rəhbər seçilənədək maliyyə direktoru vəzifəsini də icra edəcək. Şirkət daimi rəhbər üçün həm daxili, həm də kənar namizədləri nəzərdən keçirəcək.
Direktorlar şurası Harvi C. Consu şirkətin tarixində ilk dəfə şura sədri təyin edib. Onun sahibkarlıq, texnologiya şirkətlərinin idarə olunması və vençur investisiyaları sahəsində 30 ildən çox təcrübəsi var. Cons əvvəllər "Synopsys"in baş direktoru və icraçı sədri olub.
Kolet Kress "NVIDIA"ya 2013-cü ilin sentyabrında qoşulub. O vaxtdan şirkətin icraçı vitse-prezidenti və maliyyə direktoru kimi çalışıb. Bundan əvvəl isə "Cisco" və "Microsoft" daxil olmaqla, texnologiya şirkətlərində təxminən 25 il maliyyə sahəsində işləyib.
Cons direktorlar şurasının Kressə və şirkətin rəhbər heyətinə etibar etdiyini bildirib. Onun sözlərinə görə, şirkət fəaliyyətini, müştərilər qarşısındakı öhdəliklərini və məhsul planlarını fasiləsiz davam etdirəcək. Kress də müştərilərə, tərəfdaşlara, tərtibatçılara və səhmdarlara xidmətin diqqət mərkəzində qalacağını deyib.


