Nərmin Daşdəmirbəyli YAP-ın ərazi partiya təşkilatına SƏDR SEÇİLDİ

Nərmin Daşdəmirbəyli YAP-ın ərazi partiya təşkilatına

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əhatə dairəsində “Nəsimi küçəsi, 95” ünvanında növbəti yeni ərazi partiya təşkilatı təsis edilib.

Nərmin Daşdəmirbəyli Asif qızı yekdilliklə “Nəsimi küçəsi, 95” ünvanı üzrə ərazi partiya təşkilatının sədri seçilib.

Keçirilən təsis iclasında çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, “Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın rəhbəri Təranə Paşayeva, müəssisənin icraçı direktoru Vasif Akifli və digər iştirakçılar Yeni Azərbaycan Partiyasının yaranma tarixi, ölkənin ictimai-siyasi həyatındakı mühüm rolu və qarşıya qoyduğu məqsədlər barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, Yeni Azərbaycan Partiyası sıralarına qoşulan hər bir üzv dövlətçilik prinsiplərinə, milli maraqlara və ölkənin davamlı inkişafına sadiqliyi ilə seçilməli, partiyanın ideyalarının təbliğində fəal iştirak etməlidir.

Ərazi partiya təşkilatının yeni seçilmiş sədri və sədr müavini göstərilən etimada görə təşəkkürlərini bildirərək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, partiyanın fəaliyyətində fəal iştirak etmək və təşkilatın işinin daha da gücləndirilməsi istiqamətində səylə çalışmaq əzmində olduqlarını qeyd ediblər.

Sonda partiyaya üzv olmaq istəyən şəxslərin müraciətlərinə baxılıb.