AccessBank VAKANSİYA elan edir

AccessBank VAKANSİYA elan edir

Access Bank sənədli əməliyyatlar üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Sənədli əməliyyatlar üzrə alətlərə maraq göstərən potensial müştərilərin cəlb edilməsi;
Beynəlxalq və yerli qaydalar və standartlara uyğun qarantiyaların verilməsi;
Əməliyyatlar üzrə dövrü və operativ hesabatların və prezentasiyaların hazırlanması, ödənişlər üzrə gecikmələr, bağlanacaq qarantiyalar və gələcək ödənişlər barədə məlumatların izlənilməsi;
Daxil olan müraciətlərlə bağlı biznes təhlilin aparılması, hesabatların hazırlanması;
Müxbir banklarla sənədli əməliyyatlara dair yazışmaların aparılması;
Korporativ Xidmətlər göstərən əməkdaşlara sənədli əməliyyatların aparılması ilə bağlı təlimlərin keçirilməsi;
Ticarətin Maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiq üçün təqdim edilməsi;
Ticarətin Maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
Ticarət Maliyyələşdirilməsi üzrə bazarın və Müştəri bazasının analiz edilməsi.

Tələblər:

Ali təhsil (Maliyyə və ya İqtisadiyyat sahəsində üstünlükdür);
Sahə üzrə minimum 1,5-2 il iş təcrübəsi;
Yüksək analitik və idarəetmə qabiliyyəti;
Yüksək kommunikasiya bacarıqları;
Dil bilikləri: səlis azərbaycan və ingilis dili biliyi, rus dili biliyi isə arzuolunandır.