Azərbaycanda karqo şirkətindən 8600 manat oğurlandı

Azərbaycanda karqo şirkətindən 8600 manat oğurlandı

Bu barədə BusinessTime-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən “Limak” MMC-nin ofisindən 8 600 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.