Lavanda ilə ustad dərsləri

Lavanda ilə ustad dərsləri

Lavandanın qoxusuna, sakitləşdirici təsirinə, ən əsası isə gözəlliyinə hamımız heyranıq.
 
Bəs lavanda ilə ustad dərslərinə nə deyirsiniz?  
 
Odur ki, 8 iyul tarixində hər birinizi bu möhtəşəm tədbirə dəvət edirik.

Proqrama daxildir:
 
Peşəkar ustadan təlim (iştirakçılar hazırladıqları işləri özləri ilə aparacaqlar);
 
Bütün lazımi materiallar ilə təmin olunacaqlar;
 
Lavanda çubuqlarından ətirli buket hazırlanacaq (həmin çubuqları paltarlarınızın ya dəsmallarınızın arasına yerləşdirə bilərsiniz. Bu, parçanın qoxusunu təzə və təmiz saxlayacaq);
 
Lavanda topları (qurudulmuş lavanda topları gözəl ətirli və funksional olmağı ilə yanaşı, təbii ev aksesuarlarıdır);
 
Lavanda sabunu (ustad dərslərində ən çox hazırlananlardandır);
 
Lavanda kokteyli.
 
Qeyd edək ki, iştirakçıların sayı məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Rezervasiya etmək üçün aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 99 404 74 74, Dreamland  Herbal Garden
Giriş haqqı: 30 AZN