Caspian Energy Club üzvləri ilin yekun “CEO Breakfast”nı keçirdi
İlin yekun CEO Breakfast-nın fəxri qonağı Azərbaycan Respublikasi Milli Məclisin deputatı Rüfət Quliyev olub. Öz çıxışı zamanı o, bu platformanın vacibliyini və biznesin, Xüsusən də kiçik və orta biznesin inkişafı üçün geniş networking imkanları yaratdığını deyib.
Tədbirin unikallığı ondan ibarətdir ki, kiçik və orta biznes nümayəndələri iri holdinq, transmilli və dövlət şirkətlərin nümayəndələri ilə bir platformada görüşüb ünsiyyətə girə bilirlər. Bu networking imkanı kiçik və orta biznesin inkişafını stimullaşdırır, buda öz növbəsində Azərbaycan Respublikası iqtisadiyyatının inkişafına yol açır.
Artıq xoş ənənə halını almış CEO Breakfast, Klub üzvlərimizin əvəzolunmaz networking platformasına çevrilib.
2021-ci ilin iyul ayından bu günə kimi 21 CEO breakfast keçirilib. Bunlardan birsırası Azərbaycanın müxtəlif regionlarında keçirilib, ayda bir dəfə isə Caspian Energy Clubun xarici ölkələrdə olan üzvləri bu ünsiyyətə qatılır. Sahibkarlarin pandemiya dövründə networking və potensial partnyorlar ilə əyani görüş imkanları məhdud idi CEO Breakfast platforması post-pandemiya dövründə ünsiyyətin canlanmasında mühim rol oynadı. Hər tədbirdə 50-yə yaxın müxtəlif sahəlıri təmsil edən şirkət iştirak edir və onların hər biri öz satışlarını, məhsul və brend tanıtımlarını rahatlıqla həyata keçirə bilir. Bu haqda Caspian Energy Club-un Sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev bildirib.
“CEO Breakfast”ın iştirakçılar arasında şirkət rəhbərləri və şirkətlərin marketinq və satış menecerləri olub. Bu onlar araında münasibət yaratmaq, öz xidmət və məhsullarını təqdim etmək, eləcə də xidmət və məhsullarını Klubdan kənar şirkətlərə tanıtmağ üçün əlverişli şərait yaradır.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

